Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Xaricdə təhsil alan 31 həkim Bakı və Sumqayıtda işə cəlb olunub

Tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmaq və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə xaricdə təhsil almış 31 həkim-mütəxəssis Bakı və Sumqayıt şəhərlərində yerləşən tibb müəssisələrində işə qəbul olunub.
Yenixeber.org: Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, işə qəbul prosesi Agentliyin icra etdiyi “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində təşkil olunub.
İşə cəlb olunanlar Türkiyədə təhsil almış və əsasən pediatrik, terapevtik, cərrahi və radioloji profillər üzrə ixtisaslaşmış həkimlərdir. Sözügedən mütəxəssislər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində işlə təmin olunublar. Həkim-mütəxəssislər eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının yerli kadrlara öyrədilməsini, həkimlərin nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirəcəklər.
Qeyd edək ki, mövcud vakansiyalar üzrə ümumilikdə 103 nəfər müraciət edib. Namizədlər arasında cərrahiyyə, terapiya, pediatriya, mamalıq-ginekologiya, anesteziologiya və reanimotologiya ixtisasları üzrə təhsil almış mütəxəssislər çoxluq təşkil edib. Mütəxəssislərə eyni vaxtda 3 tibb müəssisəsinə müraciət etmək imkanı verilib.
Ölkə xaricində oxuyan həkimlərin işə qəbul prosesi 2 mərhələdə həyata keçirilib. Birinci mərhələdə elanda göstərilən sənədləri tam təqdim edən şəxslər seçdikləri bir və ya bir neçə tibb müəssisəsinin müvafiq komissiyasının qəbulunda iştirak edib. Bu mərhələdən müvəffəqiyyətlə keçən namizədlər Agentliyin Komissiyasının qəbuluna göndərilib. Namizədlərin qiymətləndirilməsi 6 meyara əsasən aparılıb. Bunlara iş təcrübəsi, yüksək reytinqli ali təhsil müəssisəsində təhsil, müasir cihaz və prosedurlarla işləmə bacarığı, ixtisasartırma təhsili, elmi dərəcə və elmi ad, habelə beynəlxalq konfranslarda iştirak daxildir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam