Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

FHN:"İtkin düşmüş əcnəbinin axtarış-xilasetmə işləri davam etdirilir"

 

"İtkin düşmüş əcnəbinin axtarış-xilasetmə işləri davam etdirilir".

Yenixeber.org: Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə mayın 13-də Zaqatala rayonu ərazisində Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub. M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar FHN-in və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunmaqla axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam