Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Prezident Ofisi:"Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmır"

 

“Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmazlığı var”.

Yenixeber.org: Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

“Rusiya və Ukrayna artilleriyasının münasibəti müxtəlif sahələrdə 1/10-ə nisbətindədir. Cəbhə xətti 1000 km-dir. Hər gün ukraynalı müdafiəçilərdən belə məlumat alırıq: “Biz dayanmışıq, müqavimət göstəririk, sadəcə olaraq, siz deyin, silahlar nə vaxt olacaq?”, - o yazıb.

M.Podolyak Almaniyanın Ramştayn şəhərindəki ABŞ hərbi bazasında keçirilən görüşün iştirakçılarına müraciət ünvanlayaraq əlavə edib: “Brüssel, qərar gözləyirik”.

Məlumata görə, Raynştayn görüşü təmas qrupunun Ukrayna üzrə üçüncü görüşü Brüsseldə keçiriləcək.

Xatırladaq ki, aprelin sonunda Almaniyanın Raynştayn şəhərində ABŞ-ın hərbi bazasında keçirilən tədbirdə Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplanmışdı. Bu yığıncaqda ABŞ, Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və başqa dövlətlərin nümayəndələri iştirak etmişdilər. Tədbir iştirakçıları birmənalı olaraq, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləmişdilər.

Mayın 23-də isə ikinci görüş keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam