Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanın radiolarında aşkarlanan nöqsanlar açıqlanıb

Azərbaycanda 11 radio kanalında monitorinq aparılıb.

Yenixeber.org: Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova "Radioların dili monitorinq aynasında” adlı tədbirdə deyib.

O bildirib ki, monitorinq zamanı təhlil edilən 4500 dil faktından 3484-ü hesabata daxil edilib: "Monitorinq nəticəsində 897 orfoepik, 790 leksik, 554 qrammatik, 1243 üslub və ifadə səhvi müəyyənləşdirilib. Radio aparıcılarının nitqində vurğunun düzgün işlədilməməsini, ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların, abreviaturların yanlış tələffüzünü, qarşılığı olduğu halda əcnəbi sözlərdən istifadəni, söz sırasının pozulmasını, üslub və ifadə səhvlərini ciddi nitq nöqsanları kimi qeyd etmək olar".

Onun sözlərinə görə, indiyədək 60 sayt, 12 televiziya və 11 radio kanalı, eləcə də televiziyalarda nümayiş olunan dublyaj filmlərinin monitorinqi nəticəsində 15 minə yaxın dil faktı geniş təhlil edilməklə ictimaiyyətə açıqlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam