Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ryazanda təyyarə qəzaya uğradı -Ölənlər və çox sayda yaralı var

Rusiyanın Ryazan vilayətində “İl-76” təyyarəsi qəzaya uğrayıb.

Yenixeber.org: Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Ryazan vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, təyyarənin göyərtəsində olan doqquz nəfərin dördü həlak olub.

“Təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb. Beş nəfər xəstəxanaya yerləşdirilib”, - deyə bildirilir.

Belqorod-Orenburq marşrutu üzrə uçan təyyarə Dyaqilevoda yanacaq doldurmaq üçün eniş edib.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, “İl-76” hərbi-nəqliyyat təyyarəsi mühərrik nasazlığı səbəbindən Ryazan vilayətində sərt eniş edib. Məlumata görə, təlim uçuşu zamanı müəyyən edilmiş mühərrik nasazlığı səbəbindən ekipaj yerə enməyə qərar verib və təyyarə yerlə təmasda olduqdan sonra qəzaya uğrayıb. Xəsarət alan ekipaj üzvləri xəstəxanalara çatdırılıb.

Qəza yerində baş verən yanğın söndürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam