Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Lex" klubu "Qarabağ"la oyunlar öncəsi problemlə üzləşib


"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"i problemlə üzləşib.

Yenixeber.org: Poznan təmsilçisi bir müddətdir danışıqlar apardığı futbolçuların transferini rəsmiləşdirə bilmir.

İddiaya görə, əsas problem maliyyə ilə bağlıdır. Klubun təklifi qarşı tərəfi qane etmədiyindən keçid baş tutmur.

"Lex" daha əvvəl Portuqaliyanın "Belenenseş" klubunun hücumameylli yarımmüdafiəçisi Afonsu Souza ilə anlaşsa da, oyunçu ilə müqavilə imzalamaq hələ də mümkün olmayıb. Polşa klubu portuqaliyalı futbolçuya 800 000 avro təklif edib. Yerli "Vitoriya" (Gimaraynş) isə Souza üçün "Belenenseş"ə 1,2 milyon avro verməyə hazır olduğunu bildirib.

"Lex"in son olaraq Norveç "Rusenborq"unun mərkəz müdafiəçisi Pavel Vagiç üçün göndərdiyi təklif də rədd edilib.

Qeyd edək ki, "Lex" "Qarabağ"la ilk oyununu iyulun 5-də Poznan şəhərindəki eyniadlı arenada keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. İyulun 12-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam