Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ərdoğan Yunanıstanın Baş nazirinə xəbərdarlıq edib:"Özünə çəki-düzən ver"

 

“NATO Zirvəsində bütün liderlərin “Vasitəçi olaq, sizi Yunanıstanla bir araya gətirək” təklifi oldu. Biz isə “Üzrlü sayın, hələlik buna ayıracaq vaxtımız yoxdur” dedik”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitindən sonra türkiyəli jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Yunanıstanın başında duran zatın münasibəti artıq bəlli olub. Bu münasibətə qarşısında da bəzi vasitəçiləri işə salırlar”, - dövlət başçısı söyləyib.

Türkiyə liderinin sözlərinə görə, Yunanıstanın Egey dənizindəki adaları silahlandırması ortadadır:

“Digər tərəfdən, hava məkanımızı daim pozurlar. İndi bizimlə razılaşmaq istəyən hava məkanımızı pozaraq bizi təxribata çəkərmi? Hələ üstəlik adalara da gedir. Oradan beton sığınacaqlar tikərək, çuxurlar qazaraq siqnal verməyə çalışır. Onun yaxşı niyyəti yoxdur. Əgər yaxşı niyyəti olsaydı, bu addımları atmazdı. Bütün bunları o etdiyi üçün, üzrlü saysın, biz bu il Yüksək Səviyyəli Strateji Şuranın iclasını keçirə bilmərik və keçirməyəcəyik. O artıq indi Türkiyədəki prosesləri gözləməlidir. Qoy özünə çəki-düzən versin. Özünü yığışdırmayandan sonra bir araya gəlməyimiz mümkün deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam