Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İşğaldan azad edilmiş kənddə yanğın olub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Füzuli rayonunun işğaldan azad edilmiş Aybasanlı kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenixeber.org: Məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının açıq ərazidəki quru ot və kol-kos sahədə baş verdiyi və bilavasitə yaxınlıqda yerləşən əkin sahələrinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən görülən təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına və əkin sahələrinə keçməsinə imkan verilmədən söndürülməsi təmin olunub. Yanğın nəticəsində açıq ərazidə ümumilikdə 25 hektar sahədə quru ot və kol-kos yanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam