Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

UNİCEF:"Azərbaycan məktəblərinin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır"

 

“Düzgün qidalanma hər bir uşağın həyatına təsir edir. Bütün uşaqlar düzgün şəkildə qidalanmadıqda bu, onların sağlamlığına təsir edir. Yalnış qidalanma fiziki qüsurlara da gətirib çıxarır”.

Yenixeber.org: Bunu BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsinin müavini Villiam Abi Abdullah “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, bütün bu hallar uşaqların təhsilinə təsir göstərir: “Sağlam qidalanma vərdişlərinin uşaqlara aşılanması ilə bağlı bu mühüm layihəni tərəfdaşlarımızla yerinə yetiririk. Biz 16 məktəbdə oxuyan şagirdlərin biliklərini əvvəlcə araşdırdıq. Layihənin əvvəlində şagirdlər bildirdi ki, onlar məktəbə gələndə səhər yeməyi yemirlər. Ancaq layihədən sonra bu hal 20 faizdən 7 faizə düşdü. Mən çox məmnunam ki, layihələrin müsbət nəticələri ortaya çıxdı".

"Onu da qeyd edim ki, təəssüflər olsun ki, layihə əsnasında məlum oldu ki, məktəblərdə qida mühiti uşaqların kökəlməsinə şərait yaradan vəziyyətdədir. Məktəblərin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır. Bu məsələnin həlli üçün çoxtərəfli yanaşmaya üstünlük verməliyik. Sağlam qida vərdişləri ilə bağlı uşaqların maarifləndirilməsi vacibdir”, - o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam