Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Pensiyaları ödəmək üçün DSMF bu banka 9 milyon manat ödəyəcək


“Dövlət Sosial Müdafiə Fondu” (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yenixeber.org: DSMF-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Kapital Bank” ASC (VÖEN – 9900003611) olub.

“Kapital bank” ASC əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirəcək.
DSMF qeyd olunan xidmətlər üçün “Kapital bank” ASC-yə 8  milyon 932 min 644 manat ödəyəcək. 
Məlumat üçün bildirək ki, 10.07.2006-cı il tarixidə dövlət qeydiyyatına alınan “Kapital bank” ASC-nin nizamnamə kapitalı 245 milyon 849 min 999 manat 85 qəpik təşkil edir. Bankın direktoru Allahverdiyev Rövşən Şamil oğludur. Rövşən Allahverdiyevin qardaşı Allahverdiyev Elxan Şamil oğlu Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir. 
“Kapital bank” ASC-nin səhimlərinin 99,87%-i ölknin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam