Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

VHP intihar edən qazi ilə bağlı bəyanat yaydı-MƏTN

 

Yenixeber.org: Son günlər İkinci Qarabağ savaşının qəhrəmanları olan qazilərin intihat xəbərləri artmaqdadır. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən II Qarabağ müharibəsindən 2 il ötsə də, bir çox qazinin  problemləri həllini tapmayıb. Müharibədən qayıtdıqdan sonra sağlamlıq vəziyyətinə görə işsiz qalan, əlillik dərəcəsi ala bilməyən, psixoloji dəstək görməyən qazilər arasında narazılıqları artırır. Qeyri-rəsmi məlumatlara görə, indiyədək 36 nəfər qazi müxtəlif səbəblərdən intihar edib. Yazılanlara görə, onların bir çoxu üzləşdiyi haqsızlıqlara, məmurların etinasız münasibətinə etiraz edərək intihar ediblər. Bəzi qəhrəmanlarımız isə öncədən hər hansı narazılıq bildirmədən – ruhi-psixoloji travmalar səbəbindən canına qıyıb. Bütün hallarda – səbəbindən asılı olmayaraq postmüharibə dövründə 36 qazinin intihar etməsi son dərəcə ağır hadisədir. Azərbaycan Vətən Savaşını qələbə ilə başa vurub və bütün xalqımızın bir yumruğa çevrildiyi bu zamanda qazilərimizin rolu müstəsnadır. Onların problemlərinin həlli üçün çalışmaq hər bir vətəndaşın borcudur. Səlahiyyət sahibi olan məmurlar isə birbaşa bu işə məsuldurlar və  məsuliyyətlərini  dərk etməlidirlər.

Vətəndaş Həmrəyliyi Partiyası olaraq qazi intiharlarının yaradan səbəblərin dərhal dayandırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini və bu vaxtadək baş verən intiharların hərtərəfli araşdırılaraq səbəbkarların cəzalandırılması verilməsini tələb edirik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam