Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Britaniya kəşfiyyatı:Rusiya hücum sürətini itirmək təhlükəsi ilə üzləşib

Britaniya kəşfiyyatı: Rusiya hücum sürətini itirmək təhlükəsi ilə üzləşib
Rusiya qüvvələri Donbasda geniş cəbhə boyunca artilleriya zərbələrini davam etdirir və bəzi ərazilərdə kiçik bölmələr tərəfindən hücumlar həyata keçirir.

Yenixeber.org: Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya qüvvələri Lisiçanskın ələ keçirilməsindən qazandığı hücum sürətini itirmək təhlükəsi ilə üzləşib.

Əlavə olunub ki, Rusiya qüvvələri tərəfindən istifadə edilən köhnəlmiş texnika və silahlar, həmçinin Sovet dövründən qalma taktikalar kütləvi şəkildə istifadə edilmədiyi müddətcə hücum sürəti qazandırmaq iqtidarında deyil.

Vurğulanıb ki, iyulun 13-də Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndələri arasında taxıl ixracı ilə bağlı danışıqlara və əsirlərin mübadiləsinə dair uğurlu müzakirələrə baxmayaraq münaqişəni başa çatdırmaq üçün geniş danışıqlar aparılması perspektivi aşağıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam