Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Əvvəllər narkotiklərə görə məhkum olunmuş Şirvan şəhər sakinindən külli miqdarda tiryək aşkarlandı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a  verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan şəhər sakini, əvvəllər məhkum olunmuş Qasım Həsənalıyev yaşadığı evin yaxınlığında  saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 735 qram olan iki büküm narkotik maddə - tiryək aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Q.Həsənalıyev qanunsuz əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam