Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yaponiyanın keçmiş baş nazirinin qatili həbs edilib

 

Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin qatili 41 yaşlı Tetsuya Yamaqami Nara Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Yenixeber.org:  Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məhkəmənin noyabrın sonuna qədər davam edəcəyi gözlənilir. Ona psixiatrik müayinə təyin olunub.

T.Yamaqaminin özünün hazırladığı tapançaların yoxlanılacağı və ekspertizadan keçiriləcəyi bildirilir.

Belə ki, T.Yamaqami odlu silah və onların istehsalı haqqında qanunları pozmaqda ittiham oluna bilər.

Qeyd edək ki, T.Yamaqaminin evində ümumilikdə 7 ədəd kustar üsulla hazırlanmış tapança aşkar edilib.

Xatırladaq ki, S.Abeyə qarşı sui-qəsd iyulun 8-də, parlamentin yuxarı palatasına seçkilər ərəfəsində Nara şəhərində seçki kampaniyası çərçivəsində çıxış edərkən baş verib. 41 yaşlı yapon Tetsuya Yamaqami əldəqayırma odlu silahla keçmiş Baş nazirə iki dəfə atəş açıb. Helikopterlə təcili xəstəxanaya çatdırılan 67 yaşlı mərhum siyasətçinin həyatını xilas etməyə çalışan həkimlərin bir neçə saatlıq əməyi nəticəsiz qalıb və onu xilas etmək mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam