Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Çində “iPhone” fabriki bağlandı:“iPhone 14”ün təqdimatı gecikəcək?

Çində “iPhone” fabriki bağlandı:    “iPhone 14”ün təqdimatı gecikəcək? 
Çinin bir sıra ən böyük şirkətləri, o cümlədən “iPhone” istehsalçısı “Foxconn” hökumətini əmri ilə Şençjendəki fabriklərini 7 gün müddətinə işçilər müəssisədə qalmaq şərtilə bağlamağa məcbur olub.
Yenixeber.org: Bu o deməkdir ki, müəssisələr fəaliyyətini davam etdirəcək, lakin işçilər istehsaldan kənar insanlarla təmasdan qaçmaq üçün onları tərk edə bilməzlər. Bu tədbir Çində COVID-19-un yayılmasını azaltmaq üçün nəzərdə tutulub.

Məhdudiyyətlər Huawei, ZTE və DJI, həmçinin neft-qaz şirkəti Cnooc Ltd şirkətlərinə də təsir edib. İstehsalçılardan infeksiyanın yayılmasının qarşısını almaq üçün ofis işçiləri ilə fabrik işçiləri arasında təması minimuma endirmələri də istənib.

Yeni nəsil iPhone-un istehsalı, bir qayda olaraq, yayda başlanır, ona görə də fabriklərdə yaranan hər hansı problem yeni cihazların tədarükünün gecikməsinə səbəb ola bilər. “iPhone 14” xəttinin təqdimatının payızda Apple-ın ənənəvi təqdimatında baş tutacağı gözlənilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam