Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

  Namiq Zeynalov bəraət istəyir-Apellyasiya şikayəti verib

 Cəlilabad rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Namiq Zeynalov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Yenixeber.org: Keçmiş icra başçısı Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilən şikayət ərizəsində bəraət istəyib.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə təqsirli bilinib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Namiq Zeynalov verilmiş ittihamlarla təqsirli bilinərək 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən sabiq icra başçısının üzərinə həbs qoyulmuş əmlakları da dövlət nəfinə müsadirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam