Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ukrayna Prezident Ofisi:"Effektiv hücum üçün kifayət qədər silahımız yoxdur"

 

"Rusiyanın genişmiqyaslı işğalının altıncı ayındayıq və bu gün Ukrayna Silahlı Qüvvələrində ağır silahlar kifayət qədər deyil".

Yenixeber.org: Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Oleksey Arestoviç deyib.

"Nəzərə almaq lazımdır ki, Ukrayna ordusu ümumilikdə, 2600 km-dən çox sərhədi qorumalıdır. Bununla yanaşı, müdafiə qüvvələrimiz 1300 km-lik cəbhə xəttindən mübarizə aparmalıdır. Buna baxmayaraq, tam və effektiv hücum üçün bizim kifayət qədər ağır silahımız yoxdur. Bu, lokal savaş deyil, 1945-ci ildən bəri ən böyük qitə müharibəsidir”, - o bildirib.

Arestoviç söyləyib ki, mövcud silahlarla bu qədər ciddi döyüşlərin öhdəsindən gəlmək mümkün deyil.

O həmçinin qeyd edib ki, əgər Qərbi Avropanın hər bir ölkəsi Ukraynanı Polşa kimi qətiyyətlə dəstəkləsəydi, o zaman artıq Vladivostokda olardılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam