Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zelenski Rusiyaya qarşı nüvə sanksiyalarının tətbiqinə çağırıb

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski vətəndaşlara müraciətində deyib.

O qeyd edib ki, Ukrayna Rusiyanın nüvə şantajı, Zaporojye atom elektrik stansiyasının obyektlərinin atəşə tutulması və minalanması barədə dünyanı fəal şəkildə məlumatlandırır. Zelenskinin sözlərinə görə, artıq beynəlxalq ictimaiyyətin müvafiq reaksiyaları var.

"Ancaq cavab tədbirlərini sürətləndirmək lazımdır. Rusiya söz və narahatlıqla hesablaşmayacaq. Nüvə fəlakəti təhlükəsi yaratdığına görə terrorçu dövlətə və bütün Rusiya nüvə sənayesinə qarşı yeni sanksiyalara ehtiyac var", - Zelenski bildirib.

Onun sözlərinə görə, dünya Çernobıl hadisəsini unutmamalı və yadda saxlamalıdır ki, Zaporojye atom elektrik stansiyası Avropada ən böyük AES-dir.

"Çernobıl faciəsi bir reaktorda partlayışdır, Zaporojye AES altı enerji blokudur", - Ukrayna Prezidenti vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam