Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“İşğalçılar tükənirlər, hansısa anda Rusiyanın gücü çat verəcək” -GENERAL

Yenixeber.org: Bu barədə ABŞ-ın Avropadakı keçmiş ordu komandanı Ben Hoces informasiya marafonu zamanı danışıb («UNİAN»).

Aparıcının «hazırda Rusiya ordusu hansı vəziyyətdədir» sualına cavabında Hoces deyib: «Biz, görürük ki, bir çox hissələrdə siqnallar var ki, işğalçılar tükənirlər. İnsanlar Rusiya ordusuna döyüşməyə getmək istəmirlər. Dünyagörüşü, mental problemlər var, çünki Moskva-Piter elitasının uşaqları silahlı qüvvələrin sıralarına qoşulmaq istəmirlər, ona görə orduya uzaq, etnik əyalətlərdən və muzdlular dəvət olunurlar. Bütün bunlar tükənməyin simptomlarıdır» - keçmiş komandan danışıb.

Bundan başqa, onun sözlərinə görə, Ukraynaya ən yaxşı avadanlıqlar gəlir və onlara qarşı qoymağa heç nə yoxdur. O zaman Rusiya sanksiyaların ağır təzyiqini yaşayır.

Rusiyalıların hətta imkanı yoxdur ki, yüksək keyfiyyətli polad idxal etsinlər. Artilleriya buna möhtacdır.

«Biz, davam edib dözməliyik, biz, sıxmaqda davam etməliyik, sanksiyaları dəstəkləməliyik və mən hesab edirəm ki, hansısa anda Rusiyanın gücü çat verəcək» - Hoces yekun vurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam