Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

 

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun rayonun Muğanlı kənd sakini Arif  Novruzov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan bir kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq A.Novruzovun yaşadığı ünvana keçirilən baxış zamanı isə fərdi yaşayış evindən təmiz çəkisi 480 qram olan marixuana, eləcə də həyətindən kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, A.Novruzov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam