Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İrəvanda dağıntılar altında Rusiya və İran vətəndaşları da qalıb

İrəvanda dağıntılar altında    Rusiya və İran vətəndaşları da qalıb
Xəbər verdiyimiz kimi dünən İrəvanın “Surmalu” ticarət mərkəzində 7 nəfərin ölümü və xeyli sayda insanın yaralanması ilə nəticələnən partlayış baş verib. Partlayışdan sonra ərazidə bir neçə saat davam edən yanğınlar yaranıb.
Yenixeber.org: Son məlumatlara görə, 17 nəfər itkin sayılır. Onlardan biri İran, digəri isə Rusiya vətəndaşıdır. Daxili İşlər Nazirliyinin rəsmisi Ayk Kostanyan jurnalistlərə verdiyi açıqlamada faktı təsdiqləyib.

Bildirlir ki, Rusiya Federasiyasının vətəndaşı olan Lyuba Qlebova, 1959-cu il təvəllüdlüdür.

Xatırladaq ki, dünən İrəvanın “Surmalu” topdansatış ticarət mərkəzində güclü partlayış baş verib. Nəticədə ölənlərin sayı 7 nəfərə çatıb. Rəsmi məlumatlara görə hadisə nəticəsində 60-dan çox adam xəsarət alıb. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam