Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Məleykə Abbaszadə:"I qrup üzrə keçid balları artacaq"

 

"Bu il I qrup üzrə 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə təxminən iki dəfə artıb. Bu o deməkdir ki, müəyyən ixtisaslarda keçid balları artacaq".

Yenixeber.org: Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ixtisas seçimi zamanı nələrə diqqət yetirməli” mövzusunda keçirilən canlı yayımda deyib.

DİM sədri bildrib ki, I qrupda 200-dən yuxarı bal toplayaraq müsabiqəyə buraxılan 13 982 nəfər var: "Onların hər birinin ali məktəblərə qəbul olmaq şansı var. Əlbəttə ki, ballarına uyğun düzgün ixtisaslar seçsələr. Bu qrupda təxminən 2000 nəfər qəbul olmayacaq. Onlar 150-200 bal arasında nəticə göstərənlərdir".

M.Abbaszadə vurğulayıb ki, I qrupda 300-dən yüksək bal toplayanlar dövlət sifarişli ixtisasları yaza bilər.

DİM sədri əlavə edib ki, I qrupda Fizika, Riyaziyyat və Komputer elmləri ixtisaslarını seçənlər 250 baldan yuxarı nəticə göstərməlidirlər: "Belə abituriyentlərin sayı 12 mindir. Onlar arasında yüksək rəqabət olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam