Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ölkənin şimal və şimal-qərb rayonlarında yanğınların söndürülməsi tədbirləri davam etdirilir

Ölkənin şimal və şimal-qərb rayonlarında yanğınların söndürülməsi tədbirləri davam etdirilir - FOTO  - VİDEO

Bir neçə gündür ölkənin şimal və şimal-qərb rayonlarında müxtəlif miqyaslı yanğınlar qeydə alınıb.

Yenixeber.org:  Quba, Şabran, Qusar, Qəbələ, Zaqatala və digər ərazilərdə baş vermiş yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki Müdafiə Qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları iştirak edir.

Yanğınlar, əsasən, çətin keçilən relyefdə, yüksək dağlıq ərazidə qeydə alınıb.

Havanın isti və küləkli olması yanğın ocaqlarının az müddətdə geniş ərazilərə yayılmasına, lokallaşdırılmış yerlərdə isə alovun yenidən baş qaldırmasına səbəb olur.

FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən mürəkkəb relyefli dağlıq, o cümlədən çətin keçilən və sıldırımlı qayalıq ərazidən xüsusi alpinist vasitə və ləvazimatlardan istifadə olunmaqla yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Şəxsi heyətlə yanaşı, FHN-in yanğınsöndürmə texnikaları, “BE 200 ÇS” amfibiya təyyarəsi və helikopterləri də yanğınların qarısının alınmasına cəlb olunub.

Səfərbər olunmuş yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam