Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Kəpəz"in legioneri:"Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

 

"Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var".

Yenixeber.org:  Bunu "Kəpəz"in futbolçusu Ahmed Ayzaya klubun rəsmi saytına açıqlamasında deyib.

27 yaşlı yarımmüdafiəçi ev oyunlarını Gəncədə keçirə bilmədikləri üçün təəssüfləndiyini söyləyib: "Komandamız təmsil etdiyi şəhərdə, doğma meydanda oynamalıdır. Onda daha yaxşı mübarizə apara, nəticələr qazana bilərik. Çünki meydan və azarkeş amili həlledicidir".

Ayzaya oyundan-oyuna inkişaf etdiklərini bildirib: "Qəbələ"yə qarşı görüşdə "Neftçi" ilə matçdan daha yaxşı mübarizə apardıq. Amma ortada yenə məğlubiyyət var. Səhvlərdən nəticə çıxarmaq lazımdır. Hər qarşılaşmadan sonra çatışmazlıqları təhlil edirik, harada nəyi düzgün etmədiyimizi görürük. Əsas odur ki, verilən tapşırıqları yerinə yetirək".

Nigeriyalı oyunçu bu gün "Səbail"lə matçda layiqli mübarizə apararaq qələbə qazanmaq istədiklərini sözlərinə əlavə edib: "Hazırlığımız yaxşı keçib, gücümüzü meydanda göstərməliyik”.

Qeyd edək ki, "Səbail" - "Kəpəz" görüşü saat 18:00-da başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam