Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

"Kinder"dən sonra daha bir markada bakteriya aşkarlandı -3 fabrik bağlandı

"Kinder"dən sonra daha bir markada bakteriya aşkarlandı -    3 fabrik bağlandı
 ABŞ-da yerləşən və biskvitləri, şokoladları ilə tanınan, eyni zamanda Oreo, Mikado və Pepito şirniyatlarının istehsalçısı olan “Mondelez” şirkətinin məhsullarının tərkibində “salmonella” bakteriyası tapılıb.
Yenixeber.org:  “Salmonella” bakteriyası ilə əlaqədar olaraq şirkət 3 istehsal fabrikinin bağlandığını bildirib.

Şirkət rəhbərləri böyük ajiotaj yaranmasın deyə fabrikləri “böyük təmizlik” adı altında bağlayıblar. Lakin əsl səbəb bakteriyanın aşkarlanması olub. Fəaliyyəti dayandırılmış fabriklərin bərpasının uzun zaman alacağını da qeyd ediblər.

Qida mütəxəssisləri məhsullarda “salmonella”nın olma səbəbini istehsalçıların qənaət etmək düşüncəsi ilə ucuz məhsullara üz tutmasında görürlər.

Qeyd edək ki, Fransada “Nestle”yə aid olan “Buitoni” pizzalarında, həmçinin Avropanın bir sıra ölkələrində “Ferrero” şirkətinə aid olan “Kinder” şokoladlarında, “Lactalis” şirkətinin pendirlərində bakteriya aşkarlanması səbəbi ilə sözügedən firmalar bu məhsulların böyük bir qismini bazardan çıxarıblar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada şokolad məhsulları ilə bağlı 151 “salmonella” infeksiyası mövcuddur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam