Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb

 
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Sarvan kənd sakini Fərhad Səmədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. 
Dindirilmə zamanı F.Səmədov narkotikləri tanışı Müşfiq adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Salyan rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Müşfiq Quliyev də saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman isə onun üzərindən müxtəlif çəkidə heroin və metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb. 
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam