Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sergey Lavrov:“Rusiya, Azərbaycan, Ermənistan Üçtərəfli İşçi Qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib”

 

"Cənubi Qafqazda ticari-iqtisadi kommunikasiyaların açılması məsələləri ilə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı etdiyi Üçtərəfli İşçi Qrup məşğul olur".

Yenixeber.org: Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahanianla danışıqlardan sonra deyib.

S.Lavrov kommunikasiyaların açılması ilə məşğul olan Üçtərəfli İşçi Qrupun fəaliyyətindən danışıb:

“İşçi qrup dinamik şəkildə fəaliyyət göstərir. Eyni zamanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı görüşlər keçirilir. İşçi qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib. Ümid edirəm ki, bu, yaxın vaxtlarda rəsmiləşəcək. Bu istiqamətdə işlərin təcrid olunmuş şəkildə deyil, “Şimal-Cənub” daxil olmaqla, daha geniş nəqliyyat layihələri ilə sıx əlaqədə aparılması xüsusilə vacibdir".

O, həmçinin vurğulayıb ki, görüşdə Rusiya, İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolunun kiçik hissəsinin tikintisi ilə bağlı davam edən müzakirələr ətrafında danışıqlar aparılıb.

Rusiya XİN rəhbərinin sözlərinə görə, sentyabrda profilli mütəxəssislərin təmasları planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam