Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Sumqayıt stansiyasında maşın saxlamaq pullu olacaq

Sumqayıt stansiyasında maşın saxlamaq pullu olacaq  
Sabahdan etibarən Sumqayıt sərnişin stansiyasında avtomobilləri park etmək ödənişi əsaslı olacaq.
Yenixeber.org: Bu barədə Azərbaycan Dəmir Yollarının (ADY) yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, sürücülər gün ərzində ödənişli əsaslarla park edə bilər. Parklanma ərazisi yürüstü və yeraltı olmaqla 2 hissədən ibarətdir.

Ərazidə eyni anda 120 avtomobilin durması üçün şərait yaradılıb. Yerüstü parklanmada 75, yeraltı parklanmada isə 45 avtomobil üçün yerlər ayrılıb. Yerüstü dayanacaqlarda 12 saat üçün durma haqqı 50 qəpikdir. Yeraltı dayanacaqlarda 12 saatlıq durma haqqı 1 AZN -dir.

Ödənişlər yalnız ADY-nin keçid kartları vasitəsilə həyata keçirilir. 12 saatdan sonrakı hər 3 saatadək əlavə durmaya görə müvafiq ödəniş tələb olunur. Yəni yerüstü parklanmada əlavə 50 qəpik, yeraltı parklanmada isə əlavə 1 AZN ödənilir.

Qeyd edək ki, ADY keçid kartlarını bütün sərnişin stansiyalarının kassalarından əldə etmək mümkündür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam