Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Argentinanın Vitse-prezidentinə sui-qəsd cəhdi olub

 

Argentina Prezidenti Alberto Fernandes ölkənin Vitse-prezidenti Kristina Fernandez de Kirşnerə silah tuşlayan şəxsin hərəkətini sui-qəsd cəhdi adlandırıb.

Yenixeber.org: Bu barədə Argentina Prezidenti cümə axşamı xalqa müraciətində bildirib.

"Bu gün saat 21:00 radələrində (Bakı vaxtı ilə saat 04:00) bir şəxs ölkənin hazırkı vitse-prezidenti və iki dəfə prezidenti olmuş Kristina Fernandes de Kirşnerə sui-qəsdə cəhd edib. Bu, demokratiyanın bərpasından bu günədək ən pis hadisədir (1983-cü ildə)”, - o deyib.

Argentina Prezidentinin sözlərinə görə, Vitse-prezidentə hücum edən şəxs tətiyi çəkə bilib. “Kristina ona görə sağdır ki, texniki cəhətdən hələ dəqiqləşdirilməmiş naməlum səbəblərdən, tətiyin çəkilməsinə baxmayaraq, beş gülləli silah atəş açmayıb”, - dövlət başçısı bildirib.

Cümə axşamı günü polis, Buenos-Ayresdəki evinin qarşısında vitse-prezidentə silah tuşlayan şəxsi saxlayıb. “Cinco Noticias” telekanalının efirində nümayiş etdirilən kadrlarda izdihamın arasında dayanan şəxsin Fernandes de Kirşnerə silahla az qala yaxından yaxınlaşa bildiyi görünür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam