Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

WSJ:“Pentagon müttəfiqlərə silah tədarükünü sürətləndirməyin yollarını axtarır”

 

ABŞ Müdafiə Nazirliyi Çinlə gərginlik və Ukrayna ətrafındakı vəziyyət fonunda müttəfiqlərinə silah tədarükünü sürətləndirmək üçün işçi qrupu yaradıb.

Yenixeber.org: Bu barədə “The Wall Street Journal” Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pentaqonun yüksək rütbəli rəsmiləri ötən ay yaradılmış işçi qrupunun tərkibində ABŞ-ın müttəfiqlər üçün silahlanma proqramının həyata keçirilməsində qüsurları müəyyən etməli, həmçinin bu prosesi sürətləndirmək yollarını tapmalı olacaqlar.

Bu səylər ABŞ-ın Çinlə münasibətlərində artan gərginlik və Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda xüsusi aktuallıq qazanıb.

Nəşrin məlumatına görə, işçi qrupuna müdafiə nazirinin siyasi məsələlər üzrə köməkçisi Saşa Beyker və Pentaqon katibinin satınalmalar və texniki dəstək üzrə müavini Bill Laplant həmsədrlik edir.

Nəşr vurğulayır ki, ABŞ qanunvericiləri, hökumət və müdafiə sənayesi nümayəndələri uzun müddətdir ki, hərbi texnikanın xaricə satışı proqramını ləng və risklərin azaldılmasına yönəlmiş proqram hesab edirlər.

“İndi Amerika silahlarının bu və ya digər müttəfiqə satılması prosesi müəyyən səbəblərə görə bir neçə il uzana bilər. Lakin daha ucuz qiymətə qabaqcıl silahlar hazırlayan Çin və Rusiya kimi ölkələrlə artan rəqabət bütün dünyada dost xalqları silahlandırmaq istəyən ABŞ-ın üstünlüyünü azaltmaqla hədələyir”, - nəşr bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam