Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ANAMA:“Laçın şəhəri, Zabux və Sus kəndlərində minatəmizləmə işləri aparılır”

“Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycanın nəzarəti altına keçib. Həmin gündən etibarən Müdafiə Nazirliyi ilə birgə həmin ərazilərdə mina axtarışına başlanılıb”.

Yenixeber.org: Bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Laçında Müdafiə Nazirliyi ilə birgə aparılan minatəmizləmə işlərilə əlaqədar məlumat yayılıb: “Həmin məlumatlarda yeni mina sahələrinin aşkarlanması öz əksini tapmışdı. Həmin minaların Ermənistan tərəfindən müharibədən sonra istehsal edilən minalar olduğu müəyyənləşib. Bu da qarşı tərəfin məkrli siyasətinin göstəricisidir”.

V.Süleymanov vurğulayıb ki, hazırda Laçında minatəmizləmə işləri davam etdirilir: “Müdafiə Nazirliyinin və ANAMA-nın əməkdaşları oradadırlar. Əhalinin ora tez bir zamanda qayıtması üçün minatəmizləmə işləri ilə məşğul olurlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam