Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İran diplomatları səfirliyin önündə naməlum sənədləri yandırdılar

İran diplomatları səfirliyin önündə naməlum sənədləri yandırdılar
İran diplomatları Albaniyanın paytaxtından yola düşərkən ofisdə saxlanılan sənədləri yandırıblar. Diplomatların gedişinin səbəbi ölkələr arasında diplomatik münasibətlərin kəsilməsi olub.
Yenixeber.org:  Bildirilir ki, bu gün İran səfirliyinin qarşısından təsadüfən keçənlər əməkdaşların həyətdəki metal çəlləkdə sənədləri yandırmalarının şahidi olublar. Söhbətin hansı sənədlərdən getdiyi və nə qədər sənədin məhv edilməsi barədə məlumat verilmir.

Xatırladaq ki, bir gün əvvəl Albaniyanın baş naziri Edi Rama videomüraciət yayaraq, iranlı diplomatlara səfirliyi bağlamağı və 24 saat ərzində ölkəni tərk etməyi əmr etdiyini bildirib. Rama Tehranı Albaniyanın dövlət qulluğu xidmətlərinə qarşı kiberhücum cəhdində ittiham edib. İran isə kiberhücum iddialarını rədd edib və diplomatik münasibətlərin kəsilməsi qərarını qeyri-adekvat adlandırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam