Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Üç gündə 157,5 milyon dollarlıq hava hədəfi məhv edilib –Rusiya havadakı üstünlüyünü itirir

Yenixeber.org: Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin açıqladığı məlumatda deyilir.

Qeyd olunur ki, 5-7 sentyabr tarixləri ərzində Rusiya ən bahalı və yüksək texnoloji silahlarından biri - Kh-101 qanadlı raketlərindən də istifadə edib. “Rusiya sentyabrın 5-də Ukrayna ərazisinə 6 ədəd Kh-101 raketi atıb (onlardan 5-i Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub). Kh-101-in bir ədədinin təxmini dəyəri 13 milyon dollardır. Rusiyanın 6 ədəd Kh-101 raketindən istifadə etdiyini nəzərə alsaq, bu, 78 milyon dollar edir”.

Bundan əlavə, Rusiyanın dəyəri 600 min dollar olan iki ədəd X-59 idarə olunan raketi, iki ədəad Ka-52 hücum helikopteri - 32,4 milyon dollar, bir ədəd Mi-24 hücum helikopteri - 12,5 milyon dollar və üç “Su” hücum təyyarəsi məhv edilib.

Eyni zamanda Ukrayna hərbçiləri rusların ümumi dəyəri 1 milyon dollar olan “Orlan-10” tipli əməliyyat-taktiki pilotsuz təyyarələrini vurub.

İlkin hesablamalara görə, müharibənin üç günü ərzində yalnız səmada Rusiya ordusunun itkiləri 157 milyon 500 min dollar təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam