Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya Kraliçanın dəfninə dəvət edilmədi -İrana isə...

 

Sentyabrın 19-da keçiriləcək Kraliça II Elizavebanın dəfn mərasiminə Rusiya, Belarus və Myanma dəvət olunmayıb, İrana isə səfir səviyyəsində dəvət göndərilib.

Yenixeber.org: Bunu İngiltərə baş nazirinin iqamətgahı açıqlayıb.

96 yaşında vəfat edən İngiltərə kraliçasının dəfn mərasiminə dünyanın hər yerindən 500-ə yaxın yüksək vəzifəli məmurun qatılacağı gözlənilir.

Kraliçanın dəfn mərasimində qeyri-adi protokol planlaşdırılıb.

Məlumata görə, Kraliça Elizabetin dəfn mərasimi üçün İngiltərənin səfirliklərinə ölkənin Xarici İşlər Nazirliyi tərəfindən həftə sonu rəsmi protokolla bağlı mesaj göndərilib.

Mesajda “Westminster Abbey” kilsəsindəki mərasimin izdihamlı olacağı, mərasimə qatılacaq dövlət və ya hökumət başçılarının yalnız özlərinə və həyat yoldaşları kimi yanlarında olacaq bir nəfərə yer ayrılacağı bildirilib.

Mərasimə liderlərin komandalarının və ailələrindən başqa şəxslərin qatılmasının mümkün olmadığı vurğulanıb. Bildirilib ki, liderlər iştirak etməsə, onları təmsil etmək üçün mərasimdə nazir kimi yüksək səviyyəli məmur iştirak edə bilər.

Qeyd edək ki, İngiltərə kraliçası II Elizabeta sentyabrın 8-də yay tətilini keçirdiyi Şotlandiyanın Aberdinşir bölgəsindəki Balmoral qəsrində vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam