Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Anna Byerde:“Dünya Bankı Azərbaycana 4,5 mlrd dollardan çox investisiya yatırıb”

 

“Dünya Bankı Azərbaycan iqtisadiyyatına 4,5 milyard ABŞ dollardan çox investisiya yatırıb”.

Yenixeber.org: Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” adlı forumda deyib.

Ümumilikdə Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı, infrastruktur, enerji, ətraf mühit və regionların inkişafı daxil olmaqla, demək olar ki, bütün fəaliyyət sektorlarında 50-yə yaxın layihə həyata keçirib.

A.Byerde Dünya Bankının Azərbaycanda neft və su təchizatı sektorunda həyata keçirdiyi iki layihəni xüsusilə vurğulayıb.

"Azərbaycanla əməkdaşlığımız ölkənin müstəqilliyinin əldə edilməsindən və iqtisadi transformasiyanın başlanmasından indiyədək davam və inkişaf edir", - A.Byerde deyib.

Vitse-prezidentin sözlərinə görə, son 30 il ərzində Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə böyüyüb, müxtəlif sahələrdə mühüm islahatlar aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam