Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Paşinyan Makronla danışıb

Paşinyan Makronla danışıb  
Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Yenixeber.org: Telefon danışığı zamanı sərhəddəki vəziyyət müzakirə olunub. Paşinyan qeyd edib ki, nisbi sakitliyə baxmayaraq, vəziyyət son dərəcə gərgin olaraq qalır.

Makron dialoq və sülhə təşviq etməyə hazır olduğunu bir daha təsdiqləyib. Həmsöhbətlər Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti ilə bağlı müzakirələrə də toxunublar.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə xeyli sayda erməni hərbçisi məhv edilib. Baş nazir Nikol Paşinyan ilkin olaraq 49 itkinin olduğunu açıqlasa da sonradan bu rəqəm 100-ü keçdi. Yerli media və ekspertlər ölü sayının daha çox olduğunu iddia edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam