Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tacikistan və Qırğızıstan yolların açılmasını razılaşdırıb

Tacikistan və Qırğız Respublikası arasında son münaqişə zamanı bağlanmış yolların açılmasına dair razılıq əldə olunub.

Yenixeber.org:  Bu barədə tərəflər arasında sərhəddə atəşkəsə nəzarət üzrə yaranmış birgə işçi qrupunun görüşündən sonra Tacikistanın Soqdi vilayətinin başçısı Racabboy Ahmadzoda sentyabrın 19-da keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, işçi qrup nəqliyyatın və piyadaların hərəkətinin təmin edilməsi üçün yolların açılmasının vacibliyinə dair razılığa gəliblər.

Məlumata görə, tərəflər atəşkəs rejiminə riayət olunmasının və sərhədyanı münaqişənin nəticələrinin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, sentyabrın 16-da Qırğız Respublikasının Batken vilayətinin sədri Abdukərim Alibayev və Tacikistanın Soqdi vilayətinin başçısı Racabboy Ahmadzodanın başçılığı altında işçi qrup yaradılıb.

Xatırladaq ki, son münaqişə nəticəsində Qırğızıstanın 59, Tacikistanın isə 35 vətəndaşının öldüyü barədə xəbər yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam