Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyənin müdafiə naziri:"Ukraynadan 5 milyon tondan artıq taxıl ixrac olunub"

 

“Bu günədək 200-dən çox gəmi 5 milyon tondan çox taxılı Ukrayna limanlarından başqa ölkələrə çatdırıb”.

Yenixeber.org: Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yüksəkrütbəli rəsmilərlə keçirdiyi toplantıda deyib.

Nazir bildirib ki, savaşın nəticəsi olaraq ortaya çıxan qida və enerji böhranı məsələsində Türkiyə fəal diplomatiya həyata keçirir: “İstanbulda əldə olunan “Taxıl razılığı” BMT-nin son illərdə imza atdığı ən böyük uğurlardandır”.

H.Akar söyləyib ki, iyulun 27-də fəaliyyətə başlayan Birgə Koordinasiya mərkəzi vasitəsilə Ukrayna limanlarındakı taxıl digər ölkələrə təhlükəsiz formada çatdırılır: “Türkiyə regionda və dünyada təhlükəsizliyi təmin edən bir ölkə kimi Ukrayna böhranında da ilk gündən etibarən təsirli və konstruktiv mövqe sərgiləyib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam