Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

“ƏDV-nin ləğvi məhsulların qiymətini mütləq azaldar” -Professordan deputatların təklifinə dəstək

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar ərzaq məhsullarının bahalaşmasını önləmək istiqamətində fikirlər səsləndiriblər. Bildirilib ki, pərakəndə satış müəssisələrində ərzaq məhsullarına da, digər məhsullar kimi, 18 faiz əlavə dəyər vergisi (ƏDV) tətbiq edilir və bu məbləğ indiki halda olduqca çoxdur.

Yenixeber.org: Ona görə də ƏDV-nin faizini endirmək və ya onun tamamilə ləğv olunması daha məqsədəuyğundur.  

Məsələyə münasibət bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Altay İsmayılov  bildirib ki, ən çox bahalaşma ərzaq məhsullarında olduğuna görə, əlbəttə ki, ƏDV-nin ya minimallaşdırılması, ya da ləğvi qiymətlərin azalmasına mütləq təsir edəcək: 

“Çünki bu gün bizdə rəsmi inflyasiya ərzaq məhsullarında təxminən 20 faiz civarındadır. Əlavə dəyər vergisi 18 faiz, bəzi məhsullarda isə daha azdır. Yəni istənilən halda ƏDV-nin ləğvi artım faizinə yaxın bir faizin yox olması deməkdir. O baxımdan gəliri yetərli səviyyədə olmayan qruplar üçün bu, olduqca müsbət addımdır və qiymətlərin azalmasına təsir edə bilər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam