Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Deputat:“ƏDV-nin ləğvi təklifinə hökumət baxmalı və büdcədə dəyişikliklər olmalıdır”

 

Son günlər gündəmdən düşməyən məsələlərdən biri də ərzaq məhsullarının bahalaşmasının qarşısını almaqla bağlıdır. Məhsulların qiymətinin yüksək olması bu gün təkcə sıravi vətəndaşları yox, həm də onların Milli Məclisdəki təmsilçilərini - millət vəkillərini narahat edir. Ona görə də Milli Məclisin iclaslarında deputatlar mütəmadi olaraq ərzaq məhsullarının qiymət artımını azaltmaq və ya bahalaşmanı dayandırmaq üçün fikirlər səsləndirirlər. İrəli sürülən təkliflərdən biri də əlavə dəyər vergisinin (ƏDV) ləğv olunması və ya 1-2 faiz həcmində tətbiq edilməsidir. 

Yenixeber.org: Mövzu ilə bağlı danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, bu gün ƏDV-nin azaldılmasının kənd təsərrüfatı və qida məhsullarına tətbiqi olduqca vacibdir:

“Biz intensiv formada ƏDV-nin ləğvi barədə danışırıq və bu barədə bir ilə yaxındır Milli Məclisdə söhbətlər gedir. İnflyasiya ilə əlaqədar bu məsələnin həlli vacibdir. Diferensiallaşma birmənalıdır, asan məsələ deyil, amma biz hamımız bunu təklif edirik, məsələyə hökumət baxmalı və büdcədə bununla əlaqədar dəyişikliklər olmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam