Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Tərtərdə minaya düşənlər əməliyyat edilir" -TƏBİB

"Tərtərdə minaya düşənlər əməliyyat edilir" -    TƏBİB
Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.
Yenixeber.org:  Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər qurumun tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər ikisi xəstəxanaya sol ayağın baldır nayihəsinin travmatik amputasiyası, çoxsaylı qəlpə yaraları diaqnozu ilə daxil olub.

Hazırda hər iki pasiyent əməliyyatdadır.

Qeyd edək ki, oktyabrın 1-də Tərtər rayonunun Qızıloba kəndində mina partlayışı baş verib. Nəticədə rayonun Səhləbad kənd sakinləri - 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu və 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu yaralanıb. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam