Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putinin nüvə silahından istifadə etməsi ehtimalı azdır -Ben Uolles

Putinin nüvə silahından istifadə etməsi ehtimalı azdır -    Ben Uolles
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı nüvə silahından istifadə etmə ehtimalının çox az olduğunu deyib. Lakin Putinin məntiqsiz hərəkət etdiyini qeyd edib.
Yenixeber.org: “Evening Standard”ın məlumatına görə, o, bunu Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının partiya konfransının iclaslarından birində deyib.

Putin ölkəsi təhlükə qarşısında qalacağı təqdirdə ixtiyarında olan bütün vasitələrdən istifadə edəcəyi ilə hədələyib. Onun hədələri ilhaq edilmiş ərazilərə Ukrayna ordusnun hücumlarına cavab olaraq taktiki nüvə silahından istifadə edə biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin Uolles nüvə zərbəsi ehtimalının aşağı olduğunu billdirib ki, nüvə silahından istifadə Rusiyanın hərbi doktrinasına daxil edilsə də, Moskvanın müttəfiqləri olan Hindistan və Çin üçün bu, qəbuledilməzdir.

Eyni zamanda, Uolles əlavə edib ki, Rusiya liderinin keçmiş hərəkətləri – Solsberidəki hücumdan tutmuş Ukraynaya müdaxiləyə qədər - “kifayət qədər irrasionaldır”.

Bildiyiniz kimi, Rusiya Federasiyasında qismən səfərbərlik elan edildikdən sonra Putin yenidən Qərb ölkələrini nüvə silahından istifadə etməklə hədələdi.

Qərb liderləri Putinin nüvə ritorikasını pisləyərək bunu təhlükəli eskalasiya və “qılınc zərbəsi” adlandırıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam