Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Prezident Amerikalı həmkarını təbrik etdi

 

Azərbaycan prezidenti İlham Əliyev amerikalı həmkarı Barak Obamanı ad günü münasibəti ilə təbrik edib.

 

"Xeberinfo.com":  Məlumata görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident, ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram. Azərbaycanla Birləşmiş Ştatları dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin təmin edilməsində, ən qaynar nöqtələrdə sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm amillərindəndir. 

 

İkitərəfli münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin genişlənməsinə Sizin töhfəniz dəyərlidir.

 

Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin nəticələr verəcəyinə ümidvarıq. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam