Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İcra başçısından oğlunun saxlanması haqda açıqlama

 

Dünən bir sıra Kütləvi İnformasiya Vasitəsində Zərdabın icra başçısı Lütfəli Babayevin oğlunun Mingəçevirdə dövlət yol polis əməkdaşları tərəfindən saxlanıldığı haqda xəbərlər yayılıb

 

 
"Xeberinfo.com":   Həmin məlumatlara görə, icra başçısı 15 sutka inzibati cəza verilən övladını azad etmək üçün külli-miqdarda pul ödəyib.
Məsələ ilə bağlı Lütfəli Babayev "Qafqazinfo”ya açıqlama verib. İcra başçısı bu xəbəri əsassız sayıb: "Yayılan məlumatların heç bir əsası yoxdur. Bu xəbərlər heç bir həqiqətə söykənməyib. Sadəcə ənənəvi xəbərlərin davamıdır...”
Xəbərdə Lütfəli Babayevin qardaşı oğlu Yadigar Babayevin də bir müddət əvvəl eyni səbəblə saxlanıldığı qeyd olunub. Bu iddialara isə icra başçısı belə cavab verib:
"Qardaşım oğlu hərbi xidmətdən qayıdandan sonra Rusiyada yaşayır və işləyir. O, uzun müddətdir qohumların yanına köçüb. Azərbaycanda maşın idarə etməyib”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam