Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ərdəbildə hərbçilər etirazçılara atəş açdı -Güneydən həyəcanlı xəbərlər

Yenixeber.org: SEPAH-ın Ərdəbilin şəhərin Yəhyəvi küçəsində yerləşən binasında yanğın baş verib. Binada olan hərbçilərin etirazçı kütləyə atəş açdığı, bir neçə nəfərin yaralandığı bildirilir. Hələlik yaralıların kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

Ərdəbildə küçələrə rejim əleyhinə şüarlar yayılıb. “Universitet qətlgah deyil", “Öyrəncini müdafiə etmək cinayət deyil”, "Qadınlara qarşı repressiyaları dayandırın", "Azadlıq, ədalət, mili hökumət", "Azərbaycanlı siyasi məhbuslar üçün", "Səhəri axtaran gecədən qorxmaz" kimi şüarlar Ərdəbil şəhərinin bir çox küçələrinin divarlarında əksini tapıb.

Fəallar divar yazıları ilə İran hökumətinin universitetlərdə öyrəncilərə qarşı repressiyalarını, qadınların geyim tərzlərinə müdaxiləsinə qarşı çıxıblar.

Qeyd edək ki, son günlər universitet öyrəncilərinin etiraz aksiyalarına qoşulmasından sonra əksər ali təhsil ocaqlarında təhlükəsizlik və polis qüvvələri yerləşdirilib.

Dinc etiraz aksiyalarına qatıldıqlarına görə, yüzlərlə tələbə həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam