Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sərhəddə əməliyyatlar -Azərbaycana narkotik keçirmək istədilər

Sərhəddə əməliyyatlar    - Azərbaycana narkotik keçirmək istədilər   
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 13 kiloqram 900 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Yenixeber.org:  DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, oktyabrın 15-də İmişli rayonunda yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfərin şübhəli hərəkətləri müşahidə olunub. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs Araz çayının sahilində yerə basdırılmış ağ rəngli bağlamanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb.

Saxlanılan şəxsin Ucar rayon sakini 1982-ci il təvəllüdlü Həsənov Taleh Eldar oğlu olması müəyyənləşdirilib. Üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitə “marixuana”ya bənzər maddə aşkar olunaraq götürülüb.

Oktyabrın 16-da saat Biləsuvar rayonununda yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhədboyu ərazidə yüksək sürətlə hərəkət edən VAZ 2106 markalı 14-BC-269 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

Neftçala rayon sakinləri 1988-ci il təvəllüdlü Həsənov Yusif Əlifağa oğlu və 1984-cü il təvəllüdlü Tahirov Tahir Adil oğlunun olduğu avtomobilə baxış zamanı 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 10 kiloqram 600 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülüb.

Faktlar üzrə Baş Prokurorluq və DSX tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam