Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Ayaz Hüseynov:"Avtobus zolaqlarından gələcəkdə xüsusi təyinatlı avtonəqliyyat da istifadə edə biləcək"

 

Gələcəkdə Bakıda yaradılan avtobus zolaqlarından xüsusi təyinatlı nəqliyyat vasitələri, eyni zamanda təcili tibbi yardım, yanğından mühafizə xidmətinin nəqliyyat vasitələri istifadə edə biləcəklər.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyəti Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov deyib.

Onun sözlərinə görə, Bakıda xüsusi nəqliyyat zolaqlarının yaradılması ilə marşrutlar sərnişinlərin vaxtında və təhlükəsiz şəkildə ünvana çatdırılmasını təmin edə biləcək.

Qurum rəsmisi bildirib ki, sərnişindaşımada səmərəliliyin artırılması üçün Ziya Bünyadov prospektindən avtobuslar üçün xüsusi zolaqların çəkilməsi işlərinə başlanılıb: “Zolağın başlanğıc hissəsi Gəncə prosopekti, Məhəmməd Hadi, Qara Qarayev prospekti və davamı olaraq Ziya Bünyadov, Moskva prospektləri və Avtovağzal istiqamətində xətlənmə işləri həyata keçiriləcək. Dəhliz yaradıldıqdan sonra bu istiqamətdə fəaliyyət göstərən marşrutlar sərnişinlərin vaxtında və təhlükəsiz şəkildə ünvana çatdırılmasını təmin edə biləcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam