Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Sənətdə hamı düşündü ki, Zümrüd artıq yoxdur"

"Sənətdə hamı düşündü ki, Zümrüd artıq yoxdur. Kanalda işləyirdim, getdim ora. Rəhbərlə münasibətim yaxşı idi. Dedim ki, işə götürün ehtiyacım var. Pula görə yox, evdən çıxmalıyam. Dedi ki, iş yoxdur. Cavab verdim ki, heç olmasa prodüser işləyərəm. Qayıtdı ki, bu işlərə mən baxmıram. Bilirdi ki, xəstəyəm. Amma sonra həmin kanala aparıcı kimi qayıtdım, özləri çağırdı. Sən yıxılanda insanlar səni qaldırmağa çalışmır".

Yenixeber.org: Bu sözləri aktrisa Zümrüd Qasımova "Sənətdəsən" proqramında deyib. Xərçəngdən əziyyət çəkən sənətçi xəstə olduğu ərəfədə başına gələnlərdən bəhs edib:

"Düşünürdüm ki, necə olacağam? Qəbir əzabını fikirləşirdim. Amma deyirdim ki, mən yaxşı olacağam və hamınıza göstərəcəyəm. Ailəm dəstək oldu, anam əziyyət çəkdi. Səhər 6-da oyanıb gedib xəstəxanada növbə tuturdu. Mənə deyirdi, sən 10-da gələrsən. İndi həmin günləri xatırlamaq istəmirəm. Hər yoxlanmağa gedəndə stress yaranır, qorxuram. Hər dəfə yeni nəsə alanda fikirləşirəm ki, birdən xəstələnərəm və ödəyə bilmərəm".

Qeyd edək ki, Z.Qasımova fəaliyyəti dayandırılan ANS telekanalında, "Xəzər TV", "Space TV" və "ARB"də aparıcılıq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam