Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Beynəlxalq səyahətçilər Şuşa şəhərinə səfər edib

 

Bu gün “Türkiyə Gəzginlər Klubu” dərnəyi - beynəlxalq səyahətçilər Şuşa şəhərinə səfər edib.

Yenixeber.org:  Səfər beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində baş tutub.

Qonaqlar Şuşa Qalası, Bülbülün ev muzeyi, Cıdır düzü, "Güllələnmiş heykəllər" kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abiləri ziyarət ediblər.

Qeyd edək ki, beynəlxalq səyahətçilərin səfərləri işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün təşkil olunub və onlar üç gün ərzində avtomobil yolu ilə Bakı-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl (Xudafərin)-Bakı marşrutu üzrə hərəkət edəcək.

Xatırladaq ki, budəfəki heyətə "Türkiyə Gəzginlər Klubu"nun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam