Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Samir Şərifov:"Bir sıra ölkələrdə yanacağın qiyməti artıb, bizdə sabit qalıb"

 

"Bir sıra ölkələrdə yanacağın qiyməti sürətlə artıb, Azərbaycanda isə sabit qalıb".

Yenixeber.org:  Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

"Bu da Tarif (Qiymət) Şurasının siyasəti ilə bağlıdır", - o qeyd edib.

"Hazırda inflyasiya fenomeni təkcə Azərbaycana xas amil deyil. Bir sıra ölkələrdə, o cümlədən, inkişaf etmiş ölkələrdə son 40 ildə görülməyən yüksək inflyasiya göstəriciləri qeydə alınır", - nazir əlavə edib.

Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə yanacağın qiyməti 4 yanvar 2021-ci il tarixində artırılıb. Həmin vaxt "Aİ-92" markalı benzinin 1 litrinin qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının 1 litrinin qiyməti isə 60 qəoikdən 80 qəpiyə qaldırılıb. “Aİ-95” və “Aİ-98” markalı benzinlərin qiymətlərini isə dövlət tənzimləmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam